BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
37000

“İşğaldan azad edilmiş ərazilərə yerli və xarici investorların cəlb olunması üçün ilk növbədə təhlükəsizlik proqramı təmin olunmalıdır. Daha sonra sənaye məhəllələri formasında onların işlərini tənzimləyə biləcək şəhərcik salınmalıdır”.

Bunu Valyuta.az-a iqtisadçı Fuad İbrahimov işğaldan azad edilmiş ərazilərdə yüngül sənaye sahələrinin inkişafı haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, həmin ərazilərdə iqtisadi inkişafı təmin etmək üçün şəhərciklərin salınması iki istiqamətdə müəyyənləşib:

“Ağdam və Şərqi Zəngəzur istiqamətində iqtisadi zonada iki sənaye parkının yaradılması ilə bağlı sərəncam verilib və artıq bünövrəsi qoyulub. Həmin ərazilərdə yerlərdə fəaliyyət göstərmək üçün isə investisiya cazibadarlığı var”. 

Fuad İbrahimov bildirib ki, burda digər bir məsələ isə infrasrukturla bağlıdır:

“Yol, nəqliyyat infrastrukturu olmalıdır və bununla bağlı da paralel işlər görülür. İstər Ağdam istiqamətindən Bərdə-Ağdam dəmir yolu, istərsə də Füzuli-Ağbənd dəmir yolu  və şaxələnmələri, avtomobil yolları, hətta hava nəqliyyatı üçün mühit var. Ona görə də bu formatda investisya cazibədarlığı yaradılacaq. O zonalarda müəyyən dövrdə biznesin formalaşması üçün  xüsusi olaraq vergi güzəştləri nəzərdə tutulub. Nəzəriyyə olaraq nə nəzərdə tutulubsa, hamısı tətbiq olunur”.

Həmsöhbətimiz qeyd edib ki, yerli sahibkarlar üçün də bu sahədə böyük güzəştlər var:

“İstər yerli sahibkar, istərsə də xarici investor orda fəaliyyət göstərsə, onlar yerli işçi qüvvədən istifadə edəcək. Yerli sahibkarlar böyük maliyyə yatırtmadan ev təsərrüfatı formasında yaratmaq istəyirsə bunun üçün də dövlət İqtisadiyyat Nazirliyi vasitəsi ilə bu sahələrə kredit ayrır. Sadəcə olaraq həmin sahibkarlar lazımi prosedurlardan keçməlidir”.

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin