BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
36954

Tələbəlik dövrü bir gəncin həyatında önəmli mərhələdir. Çünki artıq yetkinlik yaşına çatdığınıza görə, gələcək planları qurmağa, özünüzü tapmağa başlayırsınız. Bu səbəbdən, universiteti bitirdikdən sonra nə edəcəyi hər kəsi düşündürür. Tələbələr də biznes sahibi olmaq istəyirlər, amma biznesə necə başlamalı olduqlarını bilmirlər.

Biznes kouç Nəcəf Allahverdiyev Valyuta.az-a dedi ki, bunun üçün düşünmək yox, elə tələbəlik dövründən hərəkətə keçmək lazımdır. N.Allahverdiyev biznes adamı olmaq istəyən tələbələrə 5 tövsiyə verdi.

Proaktiv olun

Siz hərəkətə keçməlisiniz, gözləməli deyilsiniz ki, kimsə sizə nəsə təklif edəcək. Ən əsas da universiteti bitirməyi gözləməməlisiniz. İndidən aktiv olmalı, həyatınızın sükanını öz əlinizə almalısınız. Fikirləşməli deyilsiniz ki, hələ mən tələbəyəm. 

Təklifləri dəyərləndirin

Bu mərhələdə təbii ki sizə iş təklif olunmayacaq. Hansısa biznes də başlamaq birdən-birə çətin olduğundan könüllülük fəaliyyəti ilə məşğul olmağı tövsiyə edirəm. Hansısa təşkilatda 6 ay, 1 il könüllülük fəaliyyəti ilə məşğul olun, orada olan prosesləri, insanlarla olan ünsiyyəti, iş mühitini, kollektivlə işləməyi və bu kimi vərdişləri öyrənin. Universitet illərində 2-3 belə könüllülük fəaliyyəti sizin xeyrinizədir. 

Təcrübəçi olun

Artıq 2-3 təşkilatda könüllü kimi çalışdıqdan sonra təcrübəçi kimi iş yeri axtarın. Yenə sizə heç kim zəng vurub, dəvət etməyəcək. Könüllü çalışdığınız müəssisələrdən başlayaraq digər müəssisələrə də müraciət edə bilərsiniz. Ola bilər ki, ilkin mərhələdə bu işi ödənişsiz edəsiniz, amma proseslərin dərinliyinə varacaqsınız.

Öncəliyiniz pul qazanmaq yox, inkişaf etmək olsun

Təcrübəçi kimi fəaliyyət göstərə biləcəyiniz yerdə əsas meyarınız ödəniş, maaş olmamalıdır. Sizə təcrübəçi kimi fəaliyyətinizə görə məvacib təklif edə bilərlər, amma siz bu məbləğdən daha çox o işin gələcək perspektivinə baxmalısınız. Ola bilər ki, öncə ödənişsiz işləyəsiniz, amma işləri doğru edib, bacarığınızı nümayiş etsəniz,  müqabilində tam işçi kimi işləyə bilərsiniz və burada daha çox qazancınız ola bilər. İlkin mərhələdə pul barədə düşünüb, ona tərəf qaçmayın. Bir çox təlimlər keçirilir. Bu təlimlərin çoxu ödənişsizdir. Çalışın ki, bu təlimlərdə iştirak edin. Ən pis ad çıxartmış təlimdə də, ən yaxşı ad çıxarmış təlimdə də iştirak edin. Bilin ki, istənilən halda bu təlimlərdə iştirak sizi inkişaf etdirəcək.

Xarici dil öyrənin

Bu dövrdə xarici dil bacarıqlarınızı artırın. Həm rus, həm ingilis dilini ən azından danışıq səviyyəsində öyrənin. Bir ilə, il yarıma istənilən dili mənimsəmək olar. Bizneslə məşğul olmağı arzulayırsınızsa, bu dil bilikləri sizin üçün faydalı olacaq.

Nəcəf Allahverdiyev deyir ki, çəkdiyiniz əziyyətlər mütləq sizə geri dönüş edəcək:

“Tövsiyə edərdim ki, tələbəlik illərini əsgərlik kimi dəyərləndirəsiniz. Bu dövrdə çəkdiyiniz əziyyətlər, bütün zəhmətləriniz bir müddətdən sonra sizin rahat yaşamınızı təmin edəcək. Bu çətinlikləri həyatınıza investisiya kimi qiymətləndirin”.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin