“Bank Respublika”ya aid sığorta şirkətində geri sayım davam edir - 850 minlik azalma
“Bakı Sığorta” şirkətinin biznesi kiçilməkdə davam edir.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk doqquz ayında 4,08 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% və ya 846 min manat azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkəti 4,92 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri isə əksinə, 3,4% və ya 67 min manat artaraq 2,01 milyon manata yüksəlib. Yığımların azalması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə də təsirsiz ötüşməyib.
Belə ki, “Bakı Sığorta” 2022-ci ilin ilk doqquz ayında topladığı hər 100 manatdan 39,5 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 49,4 manata qədər artıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmlərinin 79,42%-i “Bank Respublika”ya məxsusdur.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay