ABŞ məhkəməsi Yukos-un 50 milyardlıq iddiasının mahiyyətinə baxmağa razılıq verdi
ABŞ-ın Kolumbiya Dairə Məhkəməsi “YUKOS RF-ə qarşı” işini yurisdiksiyadan kənar kimi tanımaqdan imtina edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC yazır.
"İş indi Nyu York Konvensiyasına uyğun olaraq yekun qərarların icra edilib-edilmədiyini müəyyən etmək üçün mahiyyəti üzrə mühakimə oluna bilər",- deyə hakim Beril Houell bildirib.
Bundan əvvəl London Ali Məhkəməsi Rusiya Federasiyasının Yukos səhmdarlarına 60 milyard dollar ödəməsi ilə bağlı toxunulmazlığı rədd etmişdi.
Rusiya Federasiyası ilə YuKOS-un keçmiş əksər sahibləri arasında mübahisə 10 ildən artıqdır ki, davam edir. Səhmdarlar neft şirkətinin özgəninkiləşdirilməsinə görə təzminat tələb edirlər. 2014-cü ildə Haaqa arbitraj məhkəməsi onların tələbini təmin edib və üç şirkətə 50 milyard dollardan bir qədər çox pul ödəməyi əmr edib. Daha sonra məhkəmə qərarının icrası dayandırılıb və 2020-ci ildə yenidən qüvvəyə minib.
Bu günə kimi faizlərlə birlikdə kompensasiyanın məbləği təxminən 60 milyard dollara çatıb.
İndi “Yukos”un keçmiş aktivləri Rosneft PJSC-nin aktivlərinin təxminən 75% -ni təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay