Ekspert
17.11.2023 / 18:46
"2027-ci ilədək təxminən 1500 nəfərdən çox müəllim işdən azad olunacaq"
36710
2027-ci ilədək təxminən 1500 nəfərdən çox müəllim işdən azad olunacaq.
Bunu Valyuta.az-a təhsil eksperti Elçin Əfəndiyev deyib. Elçin Əfəndiyevin sözlərinə görə, sertifikasiya imtahanlarında yüksək nəticə əldə etməyənlər bu peşədən tədricən uzaqlaşacaqlar:
“Qarşıdakı prosesdə fənn müəllimləri var. Bu proses yay aylarında, hətta 2027-ci ilədək mərhələ ilə davam edəcək. Hansı ki həmin şəxslər öz ixtisasları barədə minimal biliklərə cavab verə bilməyərək sertifikasiya imtahanında uğur qazanmayan şəxslər olacaq”.
Elçin Əfəndiyev hesab edir ki, təhsil verən peşəkar olduqdan sonra əlbəttə təhsildə uğur qazanmaq mümkündür:
“Ona görə də əsas güc məhz daha bacarıqlı kadrları prosesə cəlb etməyə yönəlib”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay