BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
36476

Ölkədə mövsümi meyvələrdən biri olan narın qiyməti artıb.

Belə ki, bazarlarda narın qiymətinin bir kiloqramı 1,50-8 manat arası təşkil edir. 

Satıcılar deyirlər ki, bahalaşma məhsulun qıt olması ilə bağlıdır və qiymət bir az da artacaq.

Hazırda mövsümü olan narın qiyməti niyə artır?

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Oxu.Az-a açıqlamasında narın qiymətinin artması barədə danışıb:

“Bu il nar meyvəsinin qiymət artımının əsas səbəbi yağıntının bol olması, yay aylarında günvurmanın müşahidə edilməsi, partlama və çürümənin olması kimi qiymətləndirilir. Satışa yararlı narın az olması qiymət artımına səbəb olub.

Topdansatış zamanı qiymət artımı müşahidə edilib, bazarlarda meyvənin bir kiloqramının qiyməti bu gün üçün 5-8 manat arasındadır. Bu isə demək olar ki, ötənilki qiymətlərlə eynidir. İllər üzrə təcrübə göstərir ki, nar meyvəsi, əsasən, yanvar və fevral aylarında özünün ən yüksək qiymət artımı dövrünü keçirir.

Bu zaman el arasında “sellofan narı” kimi adlanan meyvə 25-30 manat civarında satılır. Bu qiymət Bakı şəhərində yerləşən bazarlarda müşahidə edilir”.

Sədr əlavə edib ki, bu il nar meyvəsinin yığımı hələ də davam edir:

“Bu səbəblə biz istehsal və ixrac rəqəmləri ilə bağlı dəqiq bir məlumat verə bilmərik, lakin 2022-ci il üçün ölkə üzrə ümumi istehsal həcmi 187 000 ton olaraq qeyd edilib. Nar çaxırı ilə bağlı isə illər üzrə fərqlənən rəqəmlərlə rastlaşırıq, lakin orta hesabla 600-800 min standart şüşə qablaşdırma ilə çaxır istehsal edilir”.

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, bütün məhsulların yığımı bitdikdən sonra tələbatın qüvvədə qalması, lakin bazara təklif olunan məhsulun həcminin azalması qiymət artımına səbəb olur:

“Hər il bu vəziyyət müşahidə edilir. Hazırda nar istehsalının həcmi azalıb. Eyni zamanda, daha keyfiyyətli məhsulun ixracı mümkün qədər genişləndirilib. Nəticədə bazarlarda narın qiyməti artıb”.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin