BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
35987

Valyuta.az Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsini təqdim edir:

- Samir müəllim, 2024-cü ilin büdcə layihəsində səhmlərində dövlətin payı olan cəmi 2 şirkətin büdcəyə dividend ödəməsi proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycan Beynəlxalq Bankı (150 milyon manat) və Azərbaycan Dövlət Neft Şirkətidir ( 408 Milyon manat). Digər dövlət şirkətləri hansı səbəbdən büdcəyə dividend ödəmir?

- Səhmlərində dövlətin payı olan şirkətlərin dövlət büdcəsinə dividend ödəməsi ilə bağlı hökumət hal-hazırda müəyyən metodoloji əsaslar üzərində işləyir. Nə zaman ki, dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazır olacaq, o zaman biz bütün suallara cavab verə biləcəyik.

Növbəti ilin yanvar ayının 1-də Azərbaycana gətirilən 272 adda xammal və materialların idxalı üzrə gömrük rüsumlarının dərəcələri 7 il müddətinə sıfıra endiriləcək. Bu məhsulların gömrük rüsumlarından azad edilməsinin 2024-cü ilin büdcə gəlirlərinə 100 milyon manat azaldıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Bu güzəştlərin büdcəyə birbaşa və dolayı yolla təsiri necə olacaq?

- Bəli, bu güzəştlərə görə gömrük daxilolmaları azalacaq, amma digər tərəfdən vergi daxilolmaları artacaq. Belə ki, söhbət Azərbaycanda istehsalı olmayan xammal və materialların idxal gömrük rüsumlarının sıfıra endirilməsindən gedir. Bu məhsullar sahibkarlar tərəfindən ölkəyə gətirilərkən idxal gömrük rüsumları ödənilir. Xammal və materiallar idxal edildikdən sonra istehsal və emal prosesinə başlanılır. Xaricdən gətirilən xammal və materiallara gömrük rüsumlarının tətbiqi öz növbəsində istehsala başlamadan məhsulun maya dəyərinə artırıcı təsir göstərir.

Hökumətin bu güzəştlərə getməsinin səbəbi sahibkara dəstək verməkdir. Biz istəmirik ki, sahibkar hələ bir qəpik qazanmadan idxal zamanı gömrükdə əlavə xərclərə məruz qalsın, çünki bu xammal və materiallar onsuz da bizdə yoxdur. Növbəti ildən vəziyyət sahibkarların xeyrinə dəyişəcək. Belə ki adıçəkilən məhsulların gömrük rüsumlarından azad edilməsi istehsal ediləcək məhsulların maya dəyərinin azalmasına birbaşa təsir göstərəcək. Bu tədbirlər sahibkarların stimullaşdırılmasına, istehsal və emal sənayesinin inkişafına təsir göstərəcək. Beləliklə, istehsal edilən məhsulların həm həcmi, həm də satışı artacaq. Bu da, öz növbəsində, müvafiq olaraq vergi ödənişlərini artıracaq. Son nəticə olaraq, atılan bu addımlar sayəsində büdcə uduzmayacaq, əksinə, vergi daxilolmalarının artması hesabına büdcə gəlirləri artacaq.

Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 13 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 122 milyon manat azdır. Bu azalmanın əsas səbəbi nədir?

- Bu azalmanın birinci səbəbi neft-qaz sektorunda hasilatın azalmasıdır. Belə ki, əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Neft sektorunda hasilatın azalması nəticəsində konsorsiumlar tərəfindən daha az mənfəət vergisi ödənilir.

İkinci səbəb cari ildə qaz qiymətlərinin gözlənilmədən yüksəlməsi olub. Təbii qaz üzrə Avropada böhran olmuşdu və qiymətlər çox yüksək artmışdı. Biz bu yüksək qiymətləri nəzərə alaraq, cari ilin iyun ayında dövlət büdcəsinin gəlirlərinə yenidən baxılan zaman gəlirlərimizi kəskin sürətdə artırdıq. Artıq qaz qiymətləri normal vəziyyətinə qayıdıb - təxminən 400-500 dollar səviyyəsinə. Biz növbəti il eyni həcmdə qaz satsaq da, cari ildə olan qədər gəlir əldə edə bilməyəcəyik.

Qeyri-neft sahəsində isə vergi daxilolmaları yüksəlib. Nəticə etibarı ilə qeyri-neft gəlirlərinin yüksəlməsi, neft-qaz sahəsində olan azalmanı kompensasiya edə bilmir. Buna görə də ümumi vergi daxilolmaları azalıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin