BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
35970

“Bu gün ölkənin ən böyük problemlərindən biri tıxacdır və məlum problemin çözülməsi istiqamətində Xəzər dənizindən ictimai nəqliyyat kimi istifadənin iqtisadi rentabelliliyini və sosial faydalılığını mütləq nəzərdən keçirməliyik. Yararlanmalıyıq, təbiətin bizə verdiyi fürsətdən. Hə, perspektivdə velosiped və xüsusi avtobus yollarının çəkilməsi də kifayət qədər cəlbedici görünə bilər. Amma qısa müddətdə reallaşması mümkün olan ən optimal variant düşünürəm ki, Xəzər dənizindən istifadədir”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Parlamentdə keçirilən büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, xərc də böyük deyil, dövlət də çox yüklənməyəcək: “Sadəcə 5-6 dayanacaq limanı ərsəyə gətirməklə Əhmədlini, Günəşlini, Bakı kəndlərini, Sumqayıtı və digər sahilyanı zonaları rahat bir şəkildə mərkəzlə koordinasiya etmək mümkündür.

Ortada qardaş Türkiyə, konkret olaraq İstanbul nümunəsi var. Dənizinə baxırsan, az qala tıxacdır. Maksimum istifadə edirlər, bəhrələnirlər. Vapurlar taksilərin, ictimai və hətta şəxsi nəqliyyatın belə yükünü yetərincə azaldıb. Biz bunu niyə etməyək ki? Bom-boş qalıb Xəzərimiz. Gün ərzində 1 saatdan bir dövr edən (o da isti havalarda) “gəzinti turu” yaxtasından savayı, gözə heç nə dəymir. Hərgah, həm istirahət, həm zövq, həm yenilik baxımından gəmi nəqliyyatı insanlar üçün nə qədər maraqlı ola bilər”.

Elşən Musayev əlavə edib ki, məlum təklifin realizəsində bəzi məqamlar çətinlik yarada bilər: “Bunu da istisna etmirəm. Məsələn, Bakının küləkli şəhər olması, dəniz dərinliyinin bəlli istiqamətlərdə istismar tələblərinə nə qədər cavab verməsi, bütün mövsümlərdə iqlimə uyğun fəaliyyət göstərə biləcək gəmilərin varlığı, yetərliliyi və s. Amma mən əminəm ki, ilkin addımlar atılsa, hər şey yaxşı olacaq. Hətta gələcəkdə özəl sektorun da bu sahəyə cəlb olunması tamamilə mümkündür”.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşdən çıxarılmısınız? – Yeni qapıları açmaq üçün 4 qayda

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Broyler şirkəti səhmdarlara dividend ödəyəcək

Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Türk lirəsi ucuzlaşdı - Məzənnə

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Alimlər kosmosda həyat üçün vacib olan əsas molekulları kəşf ediblər

"OpenAI" həmtəsisçisi şirkəti tərk etdi

Cəza çəkməkdən azad edilmiş şəxslərə verilən birdəfəlik müavinət nədir

Cəza çəkməkdən azad edilmiş şəxslərə verilən birdəfəlik müavinət nədir

Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

Bakının 2 rayonunda qaz olmayacaq

Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü (VİDEO)

Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi

Fironların məqbərəsində sirli yeraltı tikili aşkar edildi

Ət niyə ucuzlaşmır? - Video

Dünyada ən çox uşağın aclıqdan əziyyət çəkdiyi ölkə məlum olub

AK tezliklə daha bir anti-Rusiya sanksiyalar paketini qəbul etməyi gözləyir

"İnşaat Konstruksiyaları" MMC məhkəmə qarşısında

Daha bir şirkət cərimələnə bilər

Rusiya Britaniya zonasında neft və qaz tapıb, indi çıxarmağa hazırlaşır - The Telegraph

İnnovasiya və Təchizat Mərkəzi 4 milyonluq dərman alır

"MAKITA BAKI" cərimələndi

Fiziklər illərlə axtardıqları sirli elementar hissəciyi kəşf etməyə yaxınlaşdılar

Keçmiş işçisi "Amrahbank"dan nə tələb edir?

Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi

Agentlik Bakıda 165 minlik tədbir keçirəcək

Nikkei: Yaponiya 2040-cı ilə qədər yaşıl enerjinin inkişafı strategiyasını hazırlayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin