Turizm
03.11.2023 / 19:31
Daxili turizm niyə artıb? - Ekspert səbəbi açıqladı
35893
"İnsanlar xaricə gedə bilmirlər. Sərhədlərin bağlı qalması səbəbindən Azərbaycanda daxili turizm atıb".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.
Ekspert deyib ki, Azərbaycan vətəndaşları şəxsi avtomobili ilə ən çox Gürcüstana, İrana və Türkiyəyə üz tuturdu:
"İndi 3 ildən yuxardır ki, həmin insanlar ölkədən çıxa bilmir, hamısı Azərbaycanda dincəlir. Nəticədə onların hesabına daxili turizm artıb. İnsanlar müəyyən səbəblərdən xaricə getmək istəyir, quru sərhəd bağlı olduğundan məcbur olub təyyarə ilə gedir".
Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, sərhədlərin bağlı qalması ilə turizm sektorunun gəlirləri xeyli artıb.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay