BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
35727

Növbəti ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1871,3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.

Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi isə 1,6 faiz (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcək.

2020-ci illə müqayisədə (koronavirus pandemiyasına ayrılan vəsait istisna olmaqla) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 552,7 milyon manat və ya 41,9 faiz artıb.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1376,0 milyon manatı (2023-cü illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çox) və ya 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə, 2,2 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 231,5 milyon manatı və ya 12,4 faizi xəstəxanaların saxlanılması xərclərinə, 9,5 milyon manatı və ya 0,5 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə yönəldiləcək.

Xərclərin 252,1 milyon manatı və ya 13,5 faizi isə səhiyyə sahəsində digər xidmətlərin, o cümlədən hüquq mühafizə orqanlarına aid olan səhiyyə müəssisələri üçün 44,2 milyon manat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin xərclərinin bir hissəsinin maliyyələşdirilməsi üçün 10,5 milyon manat, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti üçün 22,6 milyon manat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının saxlanılması xərcləri üçün 9,5 milyon manat, səhiyyə sahəsi üzrə büdcədənkənar xərcləri üçün 12,2 milyon manat, digər xərclər üçün (məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi ekspertizalarının və s.) 153,1 milyon manat vəsait sərf ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin