Cəlilabadda bir küçənin abadlaşdırılmasına 40 min xərclənəcək - Layihəni 7 ayın şirkəti icra edəcək
Cəlilabad Rayon İcra Hakimiyyəti Cəlilabad şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı kotirovka sorğusuna yekun vurub.
Valyuta.az xəbər verir ki, sorğunun qalibi “ASA-Tikinti” MMC seçilib. Abadlıq işləri quruma 39 855,68 AZN-ə başa gələcək.
Müqavilənin şərtlərindən məlum olur ki, abadlıq işləri yalnız Cavadxan küçəsində görüləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “ASA-Tikinti” MMC 15 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonunun Təkdam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
“ASA-Tikinti” MMC 7 aydır fəaliyyət göstərsə də, satınalma müsabiqələrində faıl iştirak edir. Şirkət bundan əvvəl Astara Rayon İcra Hakimiyyətinin Astara şəhərində yaşayış binalarının əsaslı təmiri ilə bağlı kotirovka sorğusunun qalibi seçilib.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay