BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
35612

"Azərbaycanda turizmin qonşu ölkələrlə rəqabət apara bilməməsinin bir çox səbəbi var".

Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Azərbaycanın turizmlə bağlı qonşu ölkələrlə rəqabət apara bilməməsinin səbəbləri haqqında danışarkən deyib. 

Natiq Cəfərli bildirib ki, quru sərhədlərinin bağlı olması turist sayının kifayət qədər azalmasına səbəb olur: 

"Ən birinci səbəb quru sərhədlərinin bağlı olmasıdır. Çünki tək hava nəqliyyatı ilə turizmi inkişaf etdirmək mümkün deyil. Qonşu Gürcüstanın statistikasına baxsaq görərik ki, bu il ölkəyə 7 milyon turist gəlməsi gözlənilir, onun yarıdan çoxu quru sərhədlər vasitəsi ilə ölkəyə daxil olacaq. Bizim bu sahədə regionda ən böyük rəqibimiz isə Gürcüstandır".

İqtisadçının sözlərinə görə, regionlarımızda turizm infratrukturu hələ də ürək açan səviyyədə deyil:

"Bəlli bölgələrdə - Qusarda, Qəbələdə, Şəkidə infrastrktur pis deyil. Amma elə rayonlarımız var ki, otel belə yoxdur. İnfrastruktur çox zəifdir".

Həmsöhbətimizin sözlərinə görə, turizmdə əsas məsələlərdən biri hekayə satmaqdır:

"Turizm həm də hekayə satmaqdır. Hekayə satmaqla həm də turist cəlb etmiş olursan. Bizdə Gürcüstan təcrübəsindən öyrənilən çox məsələlər var. Məsələn, Kalxida haqqında yunan əfsanəsi var. Dünyada ən çox taınan əfsanələrdən biridir. Onlar bunu israrla dünyaya yaydılar ki, Kalxida məhz Gürcüstan ərazisində bir kənddir. O kəndi tapdılar, orda qazıntı işləri apardılar. Qızıl dərinin o kənddən çıxması ilə bağlı guya hekayə yaratdılar. Nəticə etibarı ilə həmin kəndə ildə 400.000 turist gəlir. Turizm həm də hekayə satmaq deməkdir. Yaxşı cəlbedici hekayələrin olmalı, onu satmağa bacarmalısan. Azərbaycan bunda da zəifdir".

"Azərbaycanda turizm dedikdə ağıla ilk gələn Bakı olur. Bakının İçəri Şəhəri, Qız Qalası turizm məkanı kimi cəlbedicidir. Amma regionlarda tarixi abidələrin tanıtımı çox aşağı səviyyədədir. Müasir turist təkcə yemək yeməyə gəlmir. İndi elə təsəvvür var ki, turist yeyib-içməyə gəlir. Elə deyil. Onlar daha çox xarici abidələr istəyirlər. Bizdə isə tarixi abidələrin tanıtımı çox aşağı səviyyədədir. Bütün bu faktları üst-üstə gələndə Azərbaycanda qonşu ölkələrə nisbətən turizmin zəif inkişaf etdiyinin şahidi oluruq", deyə iqtisadçı əlavə edib.

“Turist kimi regionlara üz tutan şəxslər burda qiymətlərin də bahalığından şikayətlənir. Qiymətləri ucuzlaşdırmaqla daha çox turist cəlb etmək olarmı" sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, əgər rəqabət yoxdursa, turizm obyektləri azdırsa, qiymət də baha olacaq:

“Rəqabət, axın yaransa, daha çox turist gəlsə, tələb yaranacaq. Tələb artan kimi də təklif artacaq. Bəzi insanlar, şirkətlər daha çox önə çıxmağa, vəsait yatırtmağa çalışacaq. Bunlar bir-birinə bağlı məsələlərdir. Daha çox obyekt, daha çox yatırım deməkdir. Yatırım isə rəqabətdir, rəqabət olarsa, biz də qiymətlərin ucuzlaşmasının şahidi olacağıq. Ona görə də turist çox olmalıdr ki, yeni obyektlərə tələb yaransın”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin