Dövlət xidməti daha bir tenderin nəticələrini ləğv etdi
Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad Şəhər Nümayəndəliyinin tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, Sabirabad şəhərində abadlıq işlərinin aparılması ilə bağlı keçirilən tenderdə qanun pozuntuları qeydə alınıb.
Tender avqustun 28-də elan edilib. Oktyabrın 27-də bitib.
Hansı şirkətin qalib elan edildiyi bəlli deyil. Məlum olan odur ki, tender zamanı “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri pozulub. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin ləğv olunması ilə bağlı quruma məktub göndərib.
Həmin məktub əsasın tender ləğv edilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur. Onun Sabirabad şəhəri üzrə nümayəndəsi isə Sübhan Xəlilovdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay