BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
35475

Sosial şəbəkələrdə tez-tez qarşımıza satış mütəxəssisi olmaq üçün kurslar, təlimlər çıxır. Bu istiqamətdə iş elanları da kifayət qədərdir. Ətrafımızda satış mütəxəssisi olmaq istəyənlər də çoxdur. Yəni satış mütəxəssisi olmaq istəyənlər də çoxalır, bazarda tələb də var. Amma nədənsə, bu sahəyə yönələnlərin heç də hamısı davam edə bilmirlər. 

Biznes konsultant Azad Qəhrəmanov Valyuta.az-a açıqlamasında dedi ki, satış mütəxəssisi olmaq istəyənlərin sayı çoxalsa da, hələ də satış mütəxəssislərinin sayı azdır: “Peşəkar satış mütəxəssislərinə tələb həddindən artıq çoxdur. Hər bir şirkətin satış mütəxəssisinə ehtiyacı var. Elə şirkətlər var ki, işin 90 faizi satış mütəxəssislərindən asılıdır. Məsələn, pərakəndə mağazalar şəbəkəsi, dağıtım şirkətləri, banklarda çalışan əməkdaşların böyük bir qismi, əməliyyat şöbəsinin əməkdaşları, kredit müəxəssisləri və s. bunlar hamısı əslində satış edən mütəxəssislərdir. Adları satışla bağlı olmasa da, gördükləri iş həm də satışdır. Bazarda vəzifəsinin adı satış mütəxəssisi olanlar var. Ümumi götürəndə, bəli, bu sahəyə tələb böyükdür”.

Azad Qəhrəmanov deyir ki, satış mütəxəssisi olmaq istəyənlərin sayı çox olsa da, bazarda hələ də bu mütəxəssislərə tələbatın böyük olmasının səbəbi var: “Peşəkar satış mütəxəssisi olmaq istəyənlər hələ də azdır. Çünki satışa çox adam müvəqqəti bir iş kimi baxır. Buna görə də, bu peşəyə tam sahiblənmirlər. Tam sahiblənmədikdə isə burada istədikləri qədər pul qazana bilmirlər və nəticədə işi buraxırlar”.

“Satış gəlirli sahədir” deyirlər. A.Qəhrəmanov satış mütəxəssislərinin həm çox, həm də az pul qazana biləcəklərini bildirdi: “Məşhur deyim var ki, dünyada ən çox qazananlar da, ən az qazananlar da satış mütəxəssisləridir. Yəni satış elə bir işdir ki, orada ancaq sabit maaş da almaq olar, elə satış əməkdaşları da var ki, gəlirinin 80-90 faizini dövriyyələrindən gələn bonuslar təşkil edir. Sabit əməkhaqqı artıq onun gəlirinin çox kiçik hissəsi olur. Yəni bonuslardan böyük pullar qazana bilirlər. Amma bunun üçün satışa ciddi yanaşmaq lazımdır”. 
Bəs hər kəs satış mütəxəssisi ola bilərmi, yoxsa bu işi görmək üçün insanda özəl xüsusiyyətlər olmalıdır ? A.Qəhrəmanov bildirir ki, üzərinizdə işləsəniz, satış mütəxəssisi ola bilərsiniz, amma bəzi xüsusiyyətləriniz olmasa, bu, çətindir: “Anadangəlmə bəzi xüsusiyyətlər adama kömək edir. Adam 20 yaşına gələnə qədər onda ünsiyyət bacarıqları varsa, insanlarla pozitiv münasibət qura bilibsə, insanlardan qorxmursa, əksinə insanlarla ünsiyyətdən zövq alırsa, o adamların üstünlüyü olur“. 

Həmsöhbətimiz deyir ki, satış mütəxəssisliyi idmançı xarakteri tələb edir: “Yəni mübariz olmaq, axıra qədər getmək, yarış içində ola bilmək kimi xüsusiyyətləri tələb edir. Ona görə də, idmançı ruhu olan və insanlarla ünsiyyətdən zövq alan şəxslər üçün satışda uğurlu olmaq daha rahat olur. Amma heç kimin də burada qarşısında baryer yoxdur, hər kəs əgər istəyi güclüdürsə, yavaş-yavaş satış peşəsinə yiyələnib, uğurlu ola bilər”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

800 min manatlıq şirkətin səhmləri satıldı

"Bitcoin" 107 min dollara düşdü

“Sizi niyə işə götürək?” sualına veriləcək ən yaxşı cavablar -SƏHƏR OXUSU

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin