BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
35394

“Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi və bilavasitə nəzarəti ilə addımlar atır.

Valyuta.az xəbər verir ki, bu barədə  Assosiasiyadan bildirilib.

Məlumata görə, bu istiqamətdə Türkiyə təcrübəsi əsas götürülüb: "Azərbaycanın sığorta sektorunun peşəkar iştirakçıları ilə Türkiyənin "Sigorta Bilgi ve Gözetim Merkezi"nin (SBM) nümayəndə heyəti arasında artıq bir neçə məhsuldar görüş keçirilib. Proses hazırda müzakirə və fikir mübadiləsi mərhələsindədir. Müvafiq məsələ üzrə müzakirənin başlıca predmeti bu istiqamətdə Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi imkanları ilə bağlıdır. Bu proses zaman və gərgin əmək tələb edən bir prosesdir. Çünki burada sığorta növləri üzrə aidiyyatı dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası, vahid məlumat bazasının dayanıqlı sistem texnologiyası üzərində formalaşdırılması, informasiyalara çıxış imkanlarının və şərtlərinin düzənlənməsi kimi vacib istiqamətlərdən söhbət gedir”.

ASA hesab edir ki, ölkəmizdə Sığorta Məlumat Mərkəzinin qurulması sektor üçün böyük üstünlüklər və yeni imkanlar qazandıracaq.

AMB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Türkiyədə fəaliyyət göstərən “Sigorta Bilgi Merkezi” ilə məsləhətləşmələr aparılır: "Bu sahədə qardaş Türkiyənin, eləcə də digər ölkələrin təcrübələri öyrənilir. Bu istiqamətdə müəyyən qərarlar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, bu il oktyabrın 17-də Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan “Report”a bildirib ki, Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.

"Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş ölkənin sığorta bazarı oxşardır", - deyə o qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin