BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
35312

Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaratmaq niyyətindədir. Belə bir açıqlama ilə Rusiya Federal Gömrük Xidməti rəhbəri vəzifəsini yerinə yetirən Ruslan Davıdov çıxış edib. 

O bildirib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində əmtəə dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Ruslan Davıdov qeyd edib ki, Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihəsi də reallaşdırılır.

Görəsən, Rusiya ilə sadələşdirilmiş gömrük dəhlizi Azərbaycana nə verə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Valyuta.az-a açıqlamasında bildirib ki, şimal ölkəsilə sadələşdirilmiş gömrük dəhlizi Azərbaycanın aqrar sektorunda çalışan və Rusiyanı hədəf bazarı seçənlər üçün pozitiv addım olacaq: 

“Zaman-zaman bu məsələ gündəmə gəlib. Hətta “yaşıl koridorlar”la bağlı iki ölkənin nazirlər kabinetləri arasında bir neçə il öncə memorandum da imzalanmışdı. Amma sonradan onun yerinə yetirilməsində müəyyən problemlər çıxdı. Bu müstəvidə Rusiyadan qaynaqlanan problemlər daha çox olurdu. Azərbaycanla müəyyən məsələlərdə fikir ayrılığı olanda Moskva ölkəmizin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracatına müəyyən əngəllər yaradır, məhdudiyyətlər qoyurdu. Zaman-zaman pomidor, alma, xurma məhsulları ilə bağlı belə məlumatların şahidi olurduq. Azərbaycanın əsas kənd təsərrüfatı ixrac bazarı Rusiyadır. Ölkəmiz uzun illərin ənənəsinə uyğun olaraq hələ də bu bazardan asılıdır. Azərbaycanın aqrar sahə məhsullarının 2/3-dən çoxu Rusiyaya ixrac olunur. Ona görə də Rusiya ilə sadələşdirilmiş kömrük dəhlizi prinsipinin tətbiqi Azərbaycan kənd təsərrüfatı məhsulları ixracatçılarına dəstək demək olacaq. İndi də onlar zaman-zaman Rusiyadan qaynaqlanan problemlərlə üzləşirlər. Bu da zaman, vəsait itkisinə səbəb olur, bəzi hallarda hətta məhsullar xarab olur. Bu mənada sözügedən anlaşma baş tutacaqsa, bu Azərbaycanın aqrar sektorunda çalışan və Rusiyanı hədəf bazarı seçənlər üçün pozitiv gəlişmə olacaq”.

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin