Biznes
25.10.2023 / 11:12
Mikayıl Cabbarov: "Xidmət sektoruna investisiya qoyuluşu 27% artıb"
35207
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məhsul istehsalı və xidmət sahələrinə qoyulmuş investisiyaların məbləği ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,8% və 27,4% çox olub.
Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2 % artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay