BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
34861

İndiyə qədər Ağdam və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına ümumilikdə 20 milyon manatdan çox investisiya yatırılıb.

Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

"O cümlədən Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb", - deyə o qeyd edib.

E.Nuriyev həmçinin bildirib ki, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında da əlverişli investisiya mühiti yaradılır: "Parkların rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi) iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində istifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunur.

Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin