BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
34607

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 7 994 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

Bu barədə yerli Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7% çoxdur.

Ümumi göstəricinin 2 737-si ilkin, 5 257-si isə təkrar qeydiyyatdır.

Daşınmaz əmlak obyektlərindən 3 131-i fərdi yaşayış evi, 2 888-i torpaq sahəsi, 1 421-i mənzil, 257-si qeyri-yaşayış sahəsi, 210-u qeyri-yaşayış binası, 83-ü əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Əmlakların 3 620-si və yaxud 45,2 %-i Naxçıvan şəhəri üzrə, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb.

Hesabat dövründə 2 612 əmlaka dair texniki pasport hazırlanıb, 3 347 torpaq sahəsinin planı-ölçüsü tərtib olunub. Beləliklə, ümumilikdə 5 959 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 1 il əvvələ nisbətən 51,7 % çoxdur.

9 ay ərzində daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 3 219 arayış verilib, 3 398 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat elektron informasiya sistemi vasitəsilə notariat ofislərinə göndərilib.

Bu dövr ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 834-ə çatıb. 42 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Bakıda bu ərazidə yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Daha bir şirkət cərimələnir

Almaniya Ukraynaya 45 milyon avro qrant verəcək

Tədqiqat kolbasa istehlakı ilə ölüm riskinin artması arasında əlaqəni təsdiqləyir

“Güzdək Ferma” ilə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

Qlobal ticarət artımı bu il iki dəfə artacaq, lakin bəzi nüanslar var - FT

Bu şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

ABŞ senatorları BMT-ni maliyyələşdirməməyi təklif edir - Fələstin qəbul olunarsa

AAYDA-nın qurumu məhkəmə qarşısında

"OneUI 6.1"ə yeniləmə "Samsung" smartfonunda kilid ekranını "sındırdı"

Türk şirkətlərinin İsrailə qarşı sanksiyalardan yan keçməsi üçün bir boşluq var - Media

"Guba Agro"ya protokol yazıldı

İş müsahibələrindəki ən böyük 10 səhv - Xəyal etdiyiniz işi necə əldə etmək olar?

Bakı Apellyasiya Məhkəməsi 464 minlik mebel alır

ABŞ Rusiya aktivləri ilə bağlı qərarları açıqlamağa hazır deyil

Qanunsuz şans oyunlarında növbəti dələduzluq (FOTOFAKT)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin