BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
34469

Mütəxəssislər bildirir ki, istər çox məzilli yaşayış binalarından mənzil, istərsə də fərdi yaşayış evləri alarkən xüsusi məqamlara diqqət etməliyik. Çünki bir çox hallarda qanunu bilməməyimiz, bu səhədən anlayışımız olmaması bizə əlavə problem yaradar. Xüsusilə tez-tez bir mənzilin bir neçə şəxsə satıldığını eşidiriksə, necə edək ki, həm pulumuzu, həm zamanımızı itirərək ziyana düşməyək?

Valyuta.az mövzunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə müzakirə edib.

Ramil Qasımzadə deyib ki, çıxarışla hansısa daşınmaz əmlak, fərdi yaşayış evi alarkən vətəndaşlarımız bir qədər sığortalanmış olur. Yəni həmin mənzillər notariusdan keçir, notarial qaydada alqı-satqı olur. Amma burda yenə də diqqət edilməli bir çox məqamlar var: 

“Bir şəxs mənzil alarkən ilk növbədə həmin mənzillə baxış keçirməli, mənzilin çıxarışı ilə tanış olmalıdır. Burda isə diqqət edilməli məqam var. Mənzil alan şəxs onu çıxarış adına olan şəxsdən aldığına əmin olmalıdır, çıxarışda olan mənzil sahəsinin reallıqda olub-olmaması müəyyən edilməlidir. Çünki notariusa gedən zaman notarius mənzilin sahəsini ölçmür. Belə olan hallarda bəzən vətəndaşa hansısa böyük sahəni göstərib, satılarkən isə başqa sahə satılır. Mənzil alarkən Dövlət Reyester Xidmətindən arayış alınır. Bu arayış həmin mənzilin girovda olub-olmamasını müəyyən etmək üçündür. Amma vətəndaş hər zaman çıxarışda olan sahənin aldığı sahə ilə uyğun olub-olmamasına diqqət etməlidir".

Ekspert deyib ki, digər bir məqam satılan mənzildəki insanların qeydiyyatı ilə bağlı problemlərdir:

“Vətəndaş həmin mənzildə kimlərin qeydiyyatda olması ilə maraqlanmalıdır. Çünki bir çox hallarda daşınmaz əmlak alan şəxsin adına keçsə də, köhnə sahibi olanlar evdən çıxmır. Qeydiyyatla bağlı məsələlər növbəti dəfə alqı-satqı edəndə problem yaradır. Ümumiyyətlə qeydiyyatla bağlı problemlər olduğuna görə, məsələn, vətəndaş evini satarkən sənədsiz evlərə qeydiyyata düşə bilmədiyinə görə bu məsələ problemlər yaradır. Gələcəkdə də həmin vətəndaş mülkiyyət hüququnu tam bərpa etmək üçün məcbur olur ki, evdə əvvəldən qeydiyyatda olan şəxsləri məhkəməyə verərək, onların qeydiyyatını ləğv etsin. Bu da həm vaxt, həm də artıq məsrəf aparır. Mütləqdir ki, vətəndaş əvvəlki ev sahibi ilə qeydiyyatla bağlı məsələlərin necə həll olunacağı ilə bağlı danışsın. Notariusda bir ay vaxt qoyulsa da, bir çox hallarda onlar qeydiyyatdan çıxmır, bu da problemlərə səbəb olur”. 

Ramil Qasımzadə vurğulayıb ki, mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır:

“Yaxşı olar ki, bu zaman maklerlərin tövsiyələri iə kifayətlənməsinlər. Əmlakın qiymətlədirilməsi ilə məşğul olan şirkətlərə müraciət edib, onlardan xüsusi rəy alsalar daha yaxşı olar ki, həmin mənzilin real bazar dəyərini öyrənərlər. Diqqət edilməli məqam isə vətəndaşların aldıqları evin qiymətini notariusda düzgün qeyd etməsinin vacibliyidir. Çünki elə hallar var ki, vətəndaş 100 minə ev alırsa, ona deyir bank faizini artıq verməmək üçün məbləği daha az, məsələn 60-70 min və s. göstərək. Halbuki bu rəqəm çox kiçikdir, 0.2 faizdir. Mən isə vətəndaşlara rəqəmləri azaltmağı tövsiyə etmirəm. Gələcəkdə hər hansı bir problemin olmaması üçün və ya mənzilin köhnə sahibi ola bilər deyər ki, mən evi qaytarıram. Bu da 6 ay ərzində mümkündür. Mənzil qaytarılan zaman isə notariusda əksik pulun verilməsi ilə bağlı problemlər ola bilər. Ona görə də vətəndaşlara tövsiyə edərdim ki, hətta verdikləri behi də üstünə gəlməklə notariusda düzgün rəqəmləri qeyd etsinlər”. 

Fərdi yaşayış evlərinin alqı-satqısı haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, fərdi yaşayış evlərinin alqı-satqısında isə torpaqla bağlı məqamlara xüsusi diqqət yetirilməlidir:

"Xüsusilə baxmaq lazımdır ki, fərdi yaşayış evinin torpaq mülkiyyəti kimin mülkiyyətindədir, yəni xüsusi mülkiyyətdir, bələdiyyə mülkiyyətidirmi? Məsləhət görərdim ki, fərdi yaşayış evlərini alarkən mütləq əvvəldən evin qiymətləndirilməsi aparılsın. Çünki mənzillər kimi, onlara anoloji yanaşma yox, fərdi yanaşma olmalıdır. Tikintisində istifadə edilən materiallara, evin konstruksiyasına, tikilişinə, sənədlərə diqqət edilməlidir. Torpaq sahəsinin real olmasına, evin göstərilən ərazidə tikilməsinə fikir verilməlidir. Vətəndaşlar da mütləq şəkildə çıxarışı olan fərdi yaşayış evlərini almağa diqqət etsinlər. Torpaq sahəsinin də xüsusi mülkiyyətdə olması nəzərə alınmalıdır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30 faizini geri al

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır?

“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb

Çiyələk bol, qiymət ucuz - Qiyməti bahalaşa bilərmi?

G20-də kapitallaşması milli ÜDM-i keçən yeganə şirkət açıqlandı

Günlük villa kirayələrinə maraq artıb: Səbəb nədir?

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? (VİDEO)

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi

DYP sürücülərə müraciət etdi

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin