BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
34128

Azərbaycan bankları 65 və ondan yuxarı şəxslərə kredit vermir. Sosial şəbəkələrdə əhalinin bu təqəbəsinin kredit almaq imkanlarının məhdudlaşdırılmasına dair xəbərlər yayılır. Səbəb isə odur ki, bu yaşda ölüm riski ehtimalı daha yüksəkdir. Amma 65 və daha yuxarı yaşda olan şəxslər banklara əmanət qoya bilirlər. 

Qeyd edək ki, ölkəmizdə pensiyaçılara kredit verilməsi ilə bağlı qanunvericilik məhdudiyyəti yoxdur və ya ümumiyyətlə, müəyyən yaşdan yuxarı adam anlayışı yoxdur. Bu məsələdə maliyyə strukturları tamamilə sərbəstdir. Belə ki, müvafiq qaydalarda banklardan müştərinin rəsmi gəlir arayışı tələb olunması və buna uyğun olaraq kreditlərin verilməsi tələb olunur.

Ekspertlər isə hesab edir ki, hər bir bankın öz kredit siyasəti var. O, kimə kredit verib, kimə verilməməsinə qərar vermək hüququna malikdir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, şəxs başqa bir şəxsə borc verəndə o kredit riskini ölçür:

“Kredit riski kreditin qaytarılmasında olan problemlərin olmasıdır. Kredit gec qaytarılsa belə, o da bank üçün ziyandır. Çünki o faiz itirir. Şəxsin də yaşı belə risklərdən biridir. Əlbəttə ki, insan istənilən yaşda ölə bilər. Buna zəmanət və ya şübhə yoxdur. Amma yaşlı insanın ölmə ehtimalı daha çoxdur. 

Təbii ki, banklar bunu ölçür. Ona görə ki, kreditə görə heç kim gəlib zamin durmur və ya girov qoyulmur. Şəxsin adına əmlak yoxdursa, övladları belə o borca görə cavabdeh deyil. Şəxsin övladları o halda cavabdehdir ki, onlara öləndən nəsə əmlak keçsin və vərəsə hesab edilsinlər. İndi belə hallar çoxalıb. Şəxs ölür və bank məcbur olur ki, borcunu silsin. Bu baxımdan bankları başa düşmək olar”.

Ekspertin sözlərinə görə bu məsələlərdə sığorta yoxdur:

“Yəni Azərbaycanda bank işləri üzrə şəxsin həyat sığortası yalnız ipoteka kreditlərində var. Həmin şəxs gedib həyatını sığortalaya bilər. Sadəcə onun özü xeyli xərc tələb edir. Yəni 67 yaşlı şəxs bunu istəyrsə, xərci çəkməyə hazırdırsa, sığorta şirkətləri bunu elə-belə etmir. Şəxsin yaşı və xəstəliyi nə qədər çoxdursa, sığorta haqqı da o qədər çox olacaq. 

Böyük ehtimalla 67 yaşlı şəxslərə bu, sərf etməyəcək. Daha yaxşı variant nəyisə girov qoymaqdır. Yaxud da özlərinə kredit üzrə zamin götürsünlər. Təbii ki, bank da öz pulunu vermir.

Sabah pul qayıtmayanda o zaman bank neyləsin? 

60 yaşdan yuxarı Azərbaycanda xeyli insan var ki, onların ya pensiyası azdır, xəstəlikləri çoxdur, ya da təqaüdləri özlərinə çatmır. Əksər hallarda isə bu yaşda olan adamlar o krediti özlərinə görə deyil, övladlarına və ya nəvələrinə görə götürür. Özünə görə kredit götürənlər də var. Bunların hamısı onun nəticəsidir ki, Azərbaycanda sosial təminat lazım olan səviyyədə deyil. İnsanların pensiyası özünə çatmır”. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin