BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
34078

Azərbaycanda “Dövlət ehtiyatları haqqında” yeni qanun qəbul edildikdən sonra istehlak bazarında strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı alınacaq.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, qanun layihəsinə əsasən, vətəndaşlarımızın daha çox istifadə etdiyi məhsullar üzrə strateji ehtiyatların yaradılması nəzərdə tutulur.

“Yalnız taxıl deyil, eyni zamanda əhalinin istifadə etdiyi digər vacib ərzaq məhsulları üzrə strateji ehtiyatlar yaradılacaq. Strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yaradılması nəzərdə tutulur.

Eyni zamanda qanun layihəsinə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq. Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir.

Ona görə də qanunun qəbul olunmasından sonra yeni strateji ehtiyatların yaradılması hesabına istehlak bazarında tarazlığın qorunub saxlanması və ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısının alınması mümkün olacaq”, - deyə deputat əlavə edib.

Deputatın sözlərinə görə, bu qanun qəbul edildikdən sonra gözlənilir ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısı məhz həmin ehtiyatlardan istifadə etməklə alınacaq və bu da bazarda vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə imkan verəcək.

Qeyd edək ki, “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin