Şimal-Şərqi Asiyadan Azərbaycana gələnlərin sayı artıb
Ötən ay ölkəyə 192 115 nəfər əcnəbi səfər edib.
Valyuta.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çox olub. Belə ki, ötən ilin sentyabrında ölkəyə 158 803 nəfər gəlmişdi.
Bu ilin 9 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 536 375 nəfər təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (1 162 949 nəfər) 32 faiz çox olub.
Ötən ay gəlmə sayına görə, Rusiya (50 598), Türkiyə (36 141), İran (15 483), Hindistan (11 622) və Gürcüstan (9 985) ilk beşlikdə yer alıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin sentyabrında gəlmə sayına görə ən çox artım 505 % olmaqla Şimal-Şərqi Asiyanın payına düşüb.
2022-ci ilin sentyabr ayı ilə müqayisədə ötən ay İrandan gələn ziyarətçilərin sayında isə 7 faiz azalma müşahidə olunduğu halda, Çindən gələnlərin sayı isə 754 faiz, Əlcəzairdən gələnlər isə 833 faiz artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay