Polşa taxıl embarqosu ilə bağlı iddiaya görə Ukraynaya yeni tələb irəli sürdü
Polşa tərəfi Ukraynanın taxıl qadağası ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Polşaya qarşı iddiasını dayandırmaq qərarını qeyri-kafi hesab edir.
Valyuta.az xəbər verir ki, bunu Polşa hökumətinin sözçüsü Piotr Müller oktyabrın 6-da RMF FM-in efirində bildirib.
"Sonunda biz şikayətin geri götürülməsini tələb edirik, icraatın dayandırılmasını yox. Bu, yaxşı addımdır, lakin kifayət deyil. Biz taxıl embarqosunun ləğvindən qətiyyən danışmırıq", - Müller deyib.
Onun sözlərinə görə, Polşa Ukrayna tərəfi ilə daim dialoq aparır. Bununla belə, hökumət sözçüsü yaxın vaxtlarda bu məsələdə “əhəmiyyətli irəliləyiş” gözləmir.
Qeyd edək ki, sentyabrın 15-də məlum olub ki, Polşa Avropa Komissiyasının qərarına zidd olaraq, Ukraynadan taxıl ixracına qoyulan qadağanı uzadacaq.
Daha sonra, sentyabrın 18-də məlum olub ki, Ukrayna taxıl qadağası ilə bağlı Polşa, Slovakiya və Macarıstanla bağlı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırıb.
Polşa daha sonra Ukraynanın taxıl böhranının həlli təklifini “qəbuledilməz” adlandırıb. Varşava daha sonra vurğulayıb ki, Ukraynanın iddiasını geri götürməsi yaxşı jest olardı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay