Danimarka şirkəti "Baltika"nın lisenziya müqavilələrinə xitam verdi
"Carlsberg Group" Rusiyanın "Baltika" pivə şirkətinə brendlər qrupuna daxil olan pivə istehsalı və satışına icazə verən lisenziya müqavilələrinə xitam verildiyini elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə Danimarka şirkətinin saytında məlumat verilib.
“Biz “Baltika Brewing Company” MMC-ni “Baltika”ya beynəlxalq və regional brendlər də daxil olmaqla, "Carlsberg Group"un bütün məhsullarını istehsal etmək, tanıtmaq və satmaq imkanı verən lisenziya müqavilələrinə xitam verilməsi barədə məlumat vermişik”, deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, 2024-cü il aprelin 1-dək Rusiya pivə istehsalı şirkəti mövcud məhsul ehtiyatları və materiallarından istifadə edə biləcək.
Bir gün əvvəl bildirilmişdi ki, “Baltika” Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinə iddia qaldıraraq Danimarkanın “Carlsberg” şirkətinə brendlərdən istifadəyə dair lisenziya müqaviləsinə xitam verilməsinin qadağan edilməsini tələb edib.
Avqustun 16-da açıqlanan "Carlsberg"in maliyyə hesabatında deyilir ki, Danimarka pivə konserni şirkətin nəzarəti Federal Əmlakın İdarə Olunması Agentliyinə keçdikdən sonra “Baltika”dakı səhmlər üzrə hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər.
İyulda Rusiya prezidenti Vladimir Putin “Danone” və “Baltika” şirkətlərinin xarici aktivlərinin Federal Əmlak İdarəetmə Agentliyinin idarəçiliyinə verilməsi haqqında fərman imzalayıb. O cümlədən, “Carlsberg”ə məxsus “Baltika”nın səhmlərinin 98,56%-i dövlət korporasiyasının müvəqqəti idarəçiliyinə verilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay