BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
33675

Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq vətənə qayıdıb.

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib.

BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

Bu ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.

Bu ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib. Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirib, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb.

Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib.

BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.

2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.

Hökumət və qeyri-hökumət qurumlarınan olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Azərbaycanla Ermənistan arasında protokol imzalanıb

Vulkan enerjisindən istifadə edərək 29 milyonluq "Bitcoin" hasil etdilər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Yol Tikintiservis” 25 min manat cərimələnə bilər

Rusiya aktivlərinin xaricə satışı yeddi dəfə artdı

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Səkilər niyə zəbt olunur? - VİDEO

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin