BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
33644

“Bu il ötən illərlə müqayisədə məhsuldarlıq çox aşağıdır. Ona görə də yarmarkaya ötən ilkindən iki dəfə az məhsul çıxarılıb”. 

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bu il ölkədə başlayan arıçılıq yarmarkası və bu sahədə olan problemlər haqqında danışarkən deyib. 

Akif Nəsirlinin sözlərinə görə, ötən il fermerlər şikayət edirdilər ki, 5 insan SMS yollayırsa, yalnız bir nəfər yarmarkaya düşə bilir:

“Amma bu il problem yoxdur. Kim SMS yollayıbsa, yarmarkaya qəbul edilib. Yarmarkaya qəbulda qablardan nümunə götürülməsinə görə pul alınır, 3 qabdan birindən nümunə götürülür və nümunə 25 manata labarator müayinədən keçir. Yarmarkaya SMS-lə dəvət olunmuş hər bir fermer üçün giriş 150 manatdır. Hökumət bu xərcləri hər ilə uyğun nizamlamalıdır. Məsələn, bu il bal azdırsa, onun xərclərini bir qədər azaldıb, stimullaşdırma aparmaq lazımdır. Bu şəraitdə arıçılarımız fəaliyyət göstərir. Yarmarka bu gün başlasa da, arçılarla söhbətimiz zamanı məlum oldu ki, az müştəri var”. 

Bu sahədə olan problemlər haqqında danışan iqtisadçı bildirib ki, arıçılıq çox həssas sahədir:

“Arıçılığın inkişafına təsir edən amillər çox mürəkkəbdir və sayı da çoxdur. Bu il bal məhsullarının az olması müşahidə olunur. Əgər ilin müəyyən dövrləri, çiçəyin bol vaxtı yağışlı keçirsə, hava şəraiti normal olmursa, bal da az olur. Bu il demək olar ki, bal ili deyil. Təkcə yağış deyil, başqa amillər də var. İqlim, hava şəraitinin arının inkişafına böyük təsiri var”. 

Akif Nəsirli qeyd edib ki, bu sahənin inkişafında dövlət dəstəyi həlledici məsələ deyil:

“Hökumət arıçılara dəstək verir. Amma bu dəstək ötən ilə qədər idi, bu il arıçılara hələ ki, subsidiya verilməyib. Bu sahədə həlledici məsələ hava şəraiti və insanların ixtisaslaşması, peşəkarlaşmasıdır. Arı saxlamaq özü bir məktəbdir. Arıya vaxtı-vaxtında aqrotexniki xidmətləri göstərmək çox çətin məsələdir. Bunu ilk növbədə bilmək, daha sonra isə məsuliyyətlə qaydalara əməl etmək lazımdır. Rayonlarda arı mütəxəssislərinin treninqləri təşkil olunmalıdır, arı saxlayan fermerlərə yeni qaydalar, arıya xidmət üsulları öyrədilməlidir. Vacib məsələlərdən biri daha bol məhsul verən arı sortlarının fermerlərə çatdırılmasıdır. Bunun üçün də ölkəyə daha məhsuldar arı sortları gətirilməli, iqlimə uyğunlaşdırılmalıdır ki, fermerlər daha çox məhsullar götürsün”. 

Həmsöhbətimiz əlavə edib ki, ölkədə arıçılığın inkişafına daha bir müsbət təsir bu fəaliyyətin əhaliyə çatdırılması olar:

“Hər ailə hər il müəyyən miqdarda bal alıb yeməlidir. Ona görə yox ki, arıçılıq inkişaf etsin, ona görə ki, bal sağlamlıq üçün lazım olan elementlərdən biridir. Bunu hamıya çatdıranda tələbat artır, bu zaman istehsal stimullaşır. İstənilən sahədə istehsalı stimullaşdıran ən vacib amil tələbatdır. Hesab edirəm ki, balı kifayət qədər reklam etmirik. Ona görə də balı prestij kimi qəbul edirik. Amma insanlara çatdırmaq lazımdır ki, balı il ərzində yemək sağlamlığa xeyirdir”. 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarkada 95 tondan çox məhsul satışa çıxarılacaq.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin