BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33539

İş adamlarının səhər rejimi həmişə fərqlənir. Deyirlər ki, səhər rejimi insanın uğurlu olmasında önəm kəsb edir. Çox vaxt günə necə başlamağın sənin motivasiyana, günün geri qalan hissəsindəki əhval-ruhiyyənə və enerjinə təsir edir.

Valyuta.az dünyaca məşhur uğurlu insanların səhər rutinini sizlərə təqdim edir.

1. Naomi Osaka - Peşəkar tennisçi, Dördqat Böyük Dəbilqə çempionu
Naomi Osaka yuxudan oyananda etdiyi ilk iş, kələm, ispanaq, hindistan cevizi suyu və kividən ibarət sağlam içki içməkdir. Daha sonra çovdar çörəyində hisə verilmiş qızılbalıq və avokado yeyir.

Səhər yeməyindən sonra məşq etməyə gedir. O, səhər rutinində daim musiqi dinləyir. "Mən həmişə məşqə musiqi ilə başlayıram və bitirirəm. Bu, diqqətimi cəmləşdirir və məni növbəti şeylər üçün motivasiya edir” – deyir.

2. Satya Nadella – “Microsoft”un icraçı direktoru

Satya Nadella hər zaman 8 saatlıq yuxudan sonra səhər saat 7-də oyanır. İlk işi özünə “nəyə görə minnətdarsan?” sualını vermək olur. “Bu, gün üçün özünüzü istiqamətləndirmək imkanı verir”, o, deyib.

Sonra Nadella məşqinə başlayır. "Mənim üçün gündəlik ritual hər gün idman ilə məşğul olmaq üçün cəmi yarım saatdır" deyib. “Harada olmağımın, hansı saat qurşağının, nə qədər gec gəldiyimin fərqi yoxdur, mən qalxıb idman zalına gedirəm. Bu, cəmi 30 dəqiqə qaçışdır, amma böyük fərq yaradır".

3. Jeff Bezos – “Amazon”un qurucusu

Bu illər ərzində Jeff Bezos günə yavaş və sakit bir şəkildə başlamağa imkan verən səhər rejimini formalaşdırıb. Hər gecə standart 8 saat yuxu rejimi var. Bezos səhər saat 10-dan əvvəl görüş təyin etməmək kimi sərt bir qayda ilə gün ərzində rahatlamağa vaxt ayırmağı sevir.

“Tez yatıram, tez dururam. Səhər torf çəkməyi, qəzet oxumağı, qəhvə içməyi, uşaqlarım məktəbə getməzdən əvvəl səhər yeməyini yeməyi xoşlayıram”.

4. Tim Cook – “Apple” şirkətinin baş direktoru

Tim Cook səhərlər 3.45-də qalxaraq bir saat e-poçt üzərində işləyir. Hər gün 700-dən 800-ə qədər mail alır. “Mən ilk saatı ayırıb istifadəçi şərhlərini və buna bənzər şeyləri nəzərdən keçirməyi və diqqətimizi bizim üçün çox vacib olan xarici insanlara yönəltməyi xoşlayıram” - deyib.

Səhər saat 5 radələrində o, səhər məşqi üçün idman zalına (məxfiliyini təmin etmək üçün “Apple” şəhərciyindən kənarda) gedir. "Mən idman zalına gedirəm və bir saat məşq edirəm, çünki bu məni stressdən uzaqlaşdırır", deyib. İdman zalından sonra o, işləmək üçün yerli “Starbucks”a gedəcək.

5. Anna Vintur – “Vogue” jurnalının baş redaktoru;

Anna Vinturun gündəlik işi erkən başlayır. O, adətən səhər 04:00-05.30-arası oyanır və səhər ilk iş olaraq Britaniya və Amerika xəbərlərini oxumağa başlayır. Bundan sonra o, tennis oynamağa gedir. Qəhvə və səhər yeməyi üçün “Starbucks”a yollanır.

6. Elon Musk – “SpaceX”in təsisçisi, “Tesla” şirkətinin baş direktoru

Təxminən gecə saat 1-də yatan Elon Mask adətən, səhər 7-də oyanır. Musk vaxta qənaət etmək üçün adətən, səhər yeməyini yemir, ara-sıra qəhvə içir və omlet yeyir. Amma onun həmişə vaxt tapacağı bir gündəlik vərdişi var - bir çox fikirlərin mənbəyini aid etdiyi duş.

7. Mark Zukerberq – “Facebook”un həmtəsisçisi 

Əlbəttə ki, çoxlu seçimlərə sahib olmaq bəzilərimiz üçün zəhmli və hətta dəbdəbəli görünə bilər. Ancaq səhər tələsik olduğunuzda, nə geyinəcəyinizə və ya nə yeyəcəyinizə qərar vermək üçün bu qiymətli dəqiqələri sərf etmək, həqiqətən, gününüzü tam bir fəlakətə çevirə bilər. 
Bunun ən böyük nümunələrindən birini şkafında təxminən 20 eyni boz köynək olduğunu etiraf edən Mark Zukerberq reallaşdırır. Bu seçim çatışmazlığı ona, səhər qərar yorğunluğundan qaçmağa və diqqətini biznesə yönəltməyə kömək edir.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin