MAQATE Zaporojye AES-in dərhal Ukraynaya qaytarılması ilə bağlı qətnaməni təsdiqlədi
MAQATE-nin Baş Konfransı Zaporojye AES-in dərhal Ukraynanın tam nəzarətinə qaytarılmasına dair qətnaməni təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Ukraynada nüvə təhlükəsizliyinə dair qətnaməni 69 ölkə dəstəkləyib. Sənədin təşəbbüskarları Kanada, Finlandiya və Kosta-Rika olub.
Qətnamə təcavüzkar Rusiya Federasiyasını dərhal bütün qoşunlarını və Rusiya şəxsi heyətini və ZAES-dən çıxarmağa və Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi tərəfindən verilmiş mövcud lisenziyaya uyğun olaraq zavodu Ukraynanın səlahiyyətli orqanlarının tam nəzarətinə qaytarmağa çağırır.
“Biz tərəfdaşlarımıza, hər bir ölkəyə nüvə və radiasiya təhlükəsizliyi təminatlarına əməl olunmasını dəstəkləyən səslərinə görə minnətdarıq. Ukraynanın MAQATE-nin Rəhbərlər Şurasına qəbul edilməsi, eləcə də bizim Zaporojye Atom Elektrik Stansiyasının Ukraynanın nəzarətinə qaytarılmasını tələb edən qətnamənin qəbulu sivil dünyanın bizimlə olduğuna sübutdur”, - Ukraynanın energetika naziri German Qaluşenko qərara münasibət bildirərkən deyib.
Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası 4 mart 2022-ci ildə Enerqodarda döyüşlərdən sonra ruslar tərəfindən ələ keçirilib. Zaporojye AES-in binaları bir neçə yerdə Rusiyanın atəşi nəticəsində zədələnib, zavodun işçiləri əsir götürülüb. İşğalçılar stansiyaya hərbi texnika, sursat və hərbi hissələri yerləşdirərək, onu mahiyyətcə maddi-texniki və hərbi bazaya çeviriblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay