Türkiyə oktyabrın 1-dən Rumıniyaya təbii qaz tədarük etməyə başlayacaq
Türkiyənin dövlət enerji şirkəti BOTAŞ bu il oktyabrın 1-dən Rumıniyanın OMV Petrom şirkəti ilə Rumıniyaya təbii qaz tədarükünə dair müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə BOTAŞ-ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, üç il ərzində ölkənin ilk on ən böyük ixracatçı şirkəti sırasına daxil olmağı hədəfləyən türk şirkəti regionun ən böyük enerji şirkətlərindən biri olan Rumıniyanın OMV Petrom şirkəti ilə mühüm müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Türkiyə 2023-cü il oktyabrın 1-dən başlayaraq Rumıniyaya 4 milyon kubmetr təbii qaz ixrac etməlidir. Müqavilənin müddəti 2025-ci il martın 31-də başa çatır.
Bundan əlavə, imzalanmış saziş çərçivəsində tərəflər nəqletmə, saxlama, istehsal və yaşıl enerji texnologiyaları, eləcə də təbii qaz ticarəti sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Əvvəllər türk şirkəti Yunanıstan, Bolqarıstan və Macarıstanla təbii qazla bağlı müqavilələr bağlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay