“Apple”nin mağazası talan edildi, xeyli “İPhone 15” oğurlandı
ABŞ-nin Pensilvaniya ştatında “Apple” mağazası da daxil olmaqla yüzlərlə satış obyekti talan edilib.
Valyuta.az xəbər verir ki, ötən ay ABŞ-də avtomobilində oturarkən polis gülləsinə tuş gələrək həyatını itirən 27 yaşlı Eddi İrizarri üçün ədalət çağırışı edən qrup dünən gecə səs-küyə səbəb olub. Belə ki, saat 20.00 radələrində İrizarriyə atəş açan polis məmurunun sərbəst buraxılması nəticəsində bir qrup insan küçələrə axışıb.
Təxminən 100 nəfərdən ibarət qrup şəhərin mərkəzində texnologiya məhsullarından geyimə qədər bir çox mağazanı qarət edib. Talan edilən obyektlər arasında Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən “Apple”in mağazası da olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə mağazaya xeyli sayda çoxlu maskalı adamın girərək onlarla telefon və texnoloji məhsul oğurladığı görülüb. Talançıların ən çox oğurladığı texnoloji cihaz “Apple”in yaxınlarda təqdim etdiyi yeni “iPhone 15” olub. Daha sonra polisin verdiyi açıqlamada talan hadisəsinin İrizarrinin ölümü ilə bağlı olmadığı bildirilib. Lakin hadisənin hansı səbəbdən baş verdiyi barədə dəqiq məlumat yoxdur. Dünənki hadisələr nəticəsində azı 20 nəfərin tutulduğu da məlum olub.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay