BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
33397

"Liverpul"un ulduzu Alisson və "Mançester Siti"nin “çərçivə” qoruyucusu Ederson dünyanın ən yaxşı qapıçılarından ikisi kimi qəbul edilir. Bəs onlar Premyer Liqanın ən dəyərli qapıçıları arasında hansı yeri tuturlar? Nə Alisson, nə də Edersonun ən dəyərli qapıçılar sırasında ilk iki yerdə olduğunu öyrənsəniz, buna necə reaksiya verərsiniz? Çünki oyunçular dəyərinə görə sıralanarkən çoxlu amillər - yaş, müqavilə müddəti, fiziki forma və s. - nəzərə alınır.

Valyuta.az “Football Observatory”yə istinadən Premyer Liqanın ən dəyərli qapıçılarının siyahısını təqdim edir.

Arianet Muriç (“Börnli”) -  20 milyon avro/17,3 milyon-funt sterlinq

“Börnli”nin ilk qapıçısı kimi yerini yeni transfer Ceyms Trafforda uduzduqdan sonra Muriç, ehtimal ki, siyahıda ən təəccüblü addır. Bununla belə, 24 yaşlı oyunçu keçən il Çempionşipdə əla idi, yaşı və 2026-cı ilə qədər müqaviləsinin olması onun dəyərini artırmağa kömək edir.

Emiliano Martinez (“Aston Villa”) - 20 milyon avro/17,3 milyon funt-sterlinq

Argentina ilə Dünya Kubokunun qalibi olan Martinez, 2020-ci ildə zədəli Bernd Lenonun mövqeyini tutduqdan sonra “Arsenal”ın heyətində dünyanın ən yaxşı qapıçılarından birinə çevrildi. Elə həmin ilin sonunda “Aston Villa”ya qoşuldu və uğurlu karyerasını davam etdirdi. 31 yaşlı qolkiper keçən yanvarda müqavilə müddətini daha üç il müddətinə uzatmışdı. 

David Raya (“Arsenal”) - 20 milyon avro/17,3 milyon funt-sterlinq

Hal-hazırda “Arsenal”da icarə əsasında oynayan “Brentford”un qapıçısı gələn il “Topçular”ın tam hüquqlu üzvü ola bilər. O, hazırda Aaron Ramsdeyllə rəqabət aparır. İspaniya millisinin üzvü “Topçular”a qoşulmazdan əvvəl “Brentford”la müqaviləni iki il müddətinə uzatmışdı. 

Cordan Pikford (“Everton”) - 20 milyon avro/17,3 milyon funt-sterlinq

Qaret Sautqeytin rəhbərliyi altında İngiltərə millisinin əsas qapıçısı olan Pikford 2017-ci ildə “Sanderlend”in Çempionşipə düşməsindən sonra “Everton”a transfer olundu. 29 yaşlı qolkiper bu illər ərzində tənqidlərə məruz qalsa da klubla 2027-ci ilin sonuna qədər müqavilə bağladıqdan sonra “Everton”un əsas oyunçularından birinə çevrilib.

Odysseas Vlahodimos (“Nottingem Forest”) - 30 milyon avro/26 milyon funt-sterlinq

Siyahıdakı başqa bir təəccüb doğuran ad. Vlahodimos, yayda “Benfika”dan “Nottingem Forest”ə dördillik müqavilə ilə qatıldı. Bununla belə, 29 yaşlı oyunçu hələ klubun ilk seçimi və “Arsenal”dan transfer olunan Matt Turnerə görə bir müddət oynamayacaq.

Robert Sançes (“Çelsi”) - 30 milyon avro/26 milyon funt-sterlinq

Keçən mövsüm “Brayton”dakı yerini Ceyson Stilə uduzduqdan sonra Sançes bu yay 20 milyon funt-sterlinqə transfer olundu. Eduard Mendi və Kepa Arrizabalaqanın gedişindən sonra isə komandanın yeni “1 nömrə”si oldu. 25 yaşlı futbolçu “Zadəganlar”la yeddiillik müqavilə imzalayıb və hər bir oyunda meydana çıxıb. 

Andre Onana (“Mançester Yunayted”) - 50 milyon avro/43,4 milyon funt-sterlinq

“Mançester Yunayted”, David de Xeanın əvəzedicisi kimi “İnter”dən Andre Onananı almaq üçün ilkin olaraq 43,8 milyon funt-sterlinq ödədi. Kamerunlu futbolçu "İnter"in ötən mövsüm Çempionlar Liqasının finalına yüksəlməsində mühüm rol oynadı, lakin İngiltərə klubunda həyatın ən yaxşı başlanğıcından həzz almadı.

Alisson ("Liverpool") - 60 milyon avro/52,1 milyon funt-sterlinq

2018-ci ildə “Roma”dan “Liverpul” a keçdikdən sonra Alisson Yurgen Kloppun rəhbərliyi altında “qırmızıların” uğurunda mühüm rol oynadı. 2027-ci ilə qədər müqaviləsi olan 30 yaşlı qapıçı "Liverpul"a Premyer Liqa , Çempionlar Liqası, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmaqda kömək edib.

Ederson (“Mançester Siti”) - 60 milyon avro/52,1 milyon funt-sterlinq

2017-ci ildə Klaudio Bravonu əvəzləyən Ederson həm də Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"nin uğurunun ayrılmaz hissəsi olub. “Etihad”da olduğu müddətdə Ederson beş Premyer Liqa, iki İngiltərə Kuboku, dörd Liqa Kuboku və Çempionlar Liqasının qalibi olub.

Aaron Ramsdeyl (“Arsenal”) - 80 milyon avro/69,5 milyon funt-sterlinq

David Rayadan sonra Mikel Artetanın qapıçı kimi ilk seçimi olan Ramsdeyl, “The Football Observatory” tərəfindən təxminən 70 milyon funt-sterlinq dəyərində qiymətləndirilir. O, "Topçular"la keçirdiyi iki mövsümdə izləyənləri heyrətləndirdi. Ancaq Rayanın gedişindən sonra onu nələrin gözlədiyini izləyib görmək qalır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin