Rusiya avtomobilləri Efiopiyada istehsal olunacaq
Efiopiyanın Rusiyadakı səfiri Çam Uqala Uriat Afrika ölkəsində Rusiya istehsalı olan “Lada” avtomobillərinin istehsal olunacağını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz yaxın vaxtlarda qonşu ölkələrdə Rusiyanın “Lada” avtomobillərini görəcəyik, çünki onlar (AvtoVAZ - Gazeta.Ru) artıq Efiopiya şirkətlərindən biri ilə müqavilə imzalayıblar. Bu avtomobillər Efiopiyada istehsal olunacaq”, - səfir bildirib.
Bundan əvvəl Uqala Uriat bildirmişdi ki, gələcəkdə Rusiyanın “Mir” ödəniş sistemi tətbiq olunarsa, ölkə istehsalda heç bir problem görmür.
Bundan bir qədər əvvəlsə məlum olub ki, AvtoVAZ 2024-cü ildə Qazaxıstanda “Lada” avtomobillərinin istehsalını bərpa edə bilər. Sokolovun sözlərinə görə, AvtoVAZ tərəfdaşları və Qazaxıstan hökuməti rəhbərliyinin nümayəndələri ilə danışıqlar aparıb, sonuncular əməkdaşlığın bərpası üçün zəruri olan normativ bazanın korrektə edilməsini dəstəkləyib.
Kostanaydakı "SaryarkaAvtoProm" zavodunda (Allur qrupuna məxsusdur) “Lada” avtomobillərinin istehsalı 2022-ci ildə dayandırılıb. Şirkət “Granta”, “Niva” və “Vesta” ailələrinin avtomobillərini yığırdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay