Finlandiyada işçilərin genişmiqyaslı aksiyaları başlayır
Finlandiyada həmkarlar ittifaqları planlaşdırılan ixtisarlarla əlaqədar ölkə hökumətinə qarşı bir sıra aksiyalar keçirməyə hazırlaşır.
Valyuta.az "Yle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Həmkarlar İttifaqları Mərkəzi Assosiasiyası (SAK) məlumat yayıb.
Nəşrin məlumatına görə, ilk aksiya sentyabrın 26-da baş tutacaq. Assosiasiyaya sənaye və ictimai sektorlar, habelə nəqliyyat, xidmət, logistika, tikinti və mədəniyyət daxil olmaqla 17 həmkarlar ittifaqının işçiləri daxildir. Onlar maaş alanların vəziyyətini pisləşdirən islahatlara qarşı çıxır. Xüsusilə, işdən çıxarılma prosedurunun sadələşdirilməsindən və xəstəlik maaşının dəyişdirilməsindən söhbət gedir.
Aksiyaların növbəti üç həftə ərzində həftədə üç dəfə keçirilməsi gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay