Pekin “Şimal axını”nda baş verən partlayışların obyektiv araşdırılmasını tələb edir
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib ki, ölkə hökuməti “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı obyektiv və peşəkar araşdırmanın təşkilini zəruri hesab edir.
Valyuta.az bu barədə TASS-a istinadən xəbər verir.
Agentliyin müxbirləri çinli diplomatdan ötən il Rusiya boru kəmərlərində baş vermiş partlayışlarla bağlı vəziyyəti şərh etməyi xahiş ediblər. Xüsusən də jurnalistlər insidentin baş vermə şəraitinin aydınlaşdırılması ilə bağlı Pekinin mövqeyi ilə maraqlanıblar.
"Çin "Şimal axını" partlayışları ilə bağlı obyektiv, ədalətli və peşəkar araşdırmanı dəstəkləyir", deyə XİN nümayəndəsi bildirib.
O, həmçinin əlavə edib ki, bir çox dövlətlərin baş verənlərlə bağlı susması Çində çaşqınlıq yaradır. Bu, xüsusilə özünü “açıq və şəffaf” kimi göstərən ölkələr üçün doğrudur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay