Polşa Ukrayna taxılı üçün tranzit dəhlizləri hazırlayıb
Polşa prezidenti Anjey Duda bildirib ki, Polşa Ukrayna taxılı üçün tranzit dəhlizləri hazırlayıb.
Valyuta.az bu barədə TVP1-ə istinadən xəbər verir.
O qeyd edib ki, bu taxıl başqa ölkələrə də lazımdır: “Biz Ukraynaya və bu köməyə ehtiyacı olan ölkələrə dəstək olmağa çalışırıq”.
Bundan əvvəl Ukraynanın Polşadakı səfiri Vasili Zvariç Varşavanın taxıl idxalına birtərəfli qadağasının ölkə üçün qəbuledilməz olduğunu bildirib. Polşanın yerli fermerlərin maraqlarını nəzərə alaraq atdığı bu addım iki ölkə arasında gərginliyə səbəb olub.
Sentyabrın 20-də Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Ukraynanın bu ölkədəki səfiri Volodimir Zelenskinin Avropa İttifaqına taxıl tədarükünün blokadası ilə bağlı bəyanatlarına görə nazirliyə çağırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay