Telekommunikasiya nəhəngi kibertəhlükəsizlik şirkəti “Splunk”ı rekord məbləğə alır
Amerikanın telekommunikasiya nəhəngi “Cisco Systems” kibertəhlükəsizlik firması “Splunk”u 28 milyard dollara satın alır.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
“Birləşərək, “Cisco” və “Splunk” dünyanın ən böyük proqram təminatı şirkətlərindən birinə çevriləcək və təkrarlanan gəlirləri artırmaq üçün “Cisco”nun biznes transformasiyasını sürətləndirəcək”, - şirkətlərin birgə bəyanatında deyilir.
Bununla da “Cisco” proqram təminatı biznesini gücləndirir və süni intellektin artan istifadəsindən faydalanmaq niyyətindədir.
“Reuters”in məlumatına görə, bu sövdələşmə “Cisco”nun son illərdə tədarük zənciri problemləri və pandemiyadan sonra tələbin azalması ilə üzləşən nəhəng şəbəkə avadanlıqları biznesindən asılılığını azaltmağa kömək edəcək.
Sövdələşmənin bir hissəsi olaraq, “Cisco” “Splunk” səhminə görə 157 dollar təklif edib ki, bu da şirkətin son bağlanış qiymətinə görə 31% mükafat deməkdir. Splunk 23% bahalaşaraq 9 dollardan aşağı satışa çıxarıb, Cisco isə təxminən 5% ucuzlaşıb.
“Cisco” artıq 15 000-dən çox müştərisi arasında “Coca-Cola”, “Intel” və “Porsche” kimi tanınmış şirkətləri əhatə edən “Splunk” ilə məlumat təhlükəsizliyi üzrə tərəfdaşlığa malikdir.
Keçən il gəlirlər təxminən 40%-ə yüksəldikdən sonra “Splunk” 2023-cü ildə artan faiz dərəcələri və davamlı inflyasiya səbəbindən sənaye miqyasında tələbin azalması ilə üzləşir.
“Cisco” və “Splunk” arasındakı müqavilənin 2024-cü ilin üçüncü rübünün sonuna qədər bağlanacağı gözlənilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay