BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
33143

“Google Maps”in yanlış məlumatı səbəbindən dağılmış körpüdən keçmək istəyən şəxsin ölümündən sonra şirkət ittiham olunmağa başlayıb.

Valyuta.az xəbər verir ki, uçmuş körpüdən avtomobillə keçmək istəyərkən çaya düşərək boğulan amerikalı kişinin ailəsi “Google Maps”in xəritələri yeniləmədiyini və bunun da həmin şəxsin ölümünə səbəb olduğunu iddia edib. 

2022-ci ilin sentyabrında Filip Pakson adlı şəxs Şimali Karolina ştatının Hikori şəhərində körpünü keçmək istəyib. Ancaq körpü zədələndiyi üçün o, çaya düşüb və həyatını itirib. Paksonun ailəsi, “Google”un onu doqquz il əvvəl çökən körpüyə istiqamətləndirdiyini deyib. Ailəsi onun ölümü ilə əlaqədar şirkəti məhkəməyə verib. Onların iddiasına görə, iki uşaq atası olan Pakson dostunun qızının ad günündən qayıdarkən tanımadığı məhəlləyə gedib. Lakin sözügedən körpünün sökülməsindən məlumatı olmayıb. “Google Maps” də bununla bağlı xəbərdarlıq etməyib.  “Google”dan başqa daha üç yerli şirkət də körpünün saxlanmasına cavabdeh olduqları əsas gətirilərək məhkəməyə verilib.

Paksonun həyat yoldaşı açıqlamasında, “Qızlarımız atalarının necə və niyə öldüyünü soruşduqda, onların başa düşə biləcəyi söz tapa bilmirəm. Çünki bir yetkin kimi GPS istiqamətlərinə və körpüyə cavabdeh olanların insan həyatına bu qədər az hörmətlə necə yanaşdıqlarını hələ də başa düşmürəm” - sözlərini söyləyib. 

Məsələ ilə bağlı “Google”dan da rəsmi açıqlama verilib. Şirkətin sözçüsü, “Biz Pakson ailəsinin ağrısını dərindən paylaşırıq. Məqsədimiz “Google Maps”da dəqiq naviqasiya məlumatı təqdim etməkdir və bu işi araşdırırıq" - ifadələrini işlədib. 

Ailənin vəkilləri isə məsələ ilə bağlı, sənədlərdə məhz “Google”u günahlandıraraq, "Təəssüf ki, qaranlıqda və yağışda ehtiyatla maşın sürərkən o, heç bir şübhə duymadan “Google”un qeyri-dəqiq göstərişlərinə əməl etdi və  yerli əhalinin “Heç bir yerə getməyən körpü” adlandırdığı istiqamətə yollandı və çaya düşərək boğularaq öldü” - sözlərini yazıb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin