Misir Rusiyanın əvəzinə yeni buğda tədarükçüləri tapdı
Rusiya tədarükün qarşısını aldıqdan sonra Misir Fransa və Bolqarıstandan təxminən yarım milyon ton buğda alacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, Moskva sövdələşmənin məbləğinə etiraz edib. "Bloomberg"in qeyd edir ki, bu, son aylarda ikinci dəfə Misirin Rusiyadan buğda alması qiymət məsələsinə görə uğursuzluğa düçar olur.
Bundan əvvəl Misirin əsas tədarük idarəsi 480 min ton rus buğdası almağa qərar verib. Müqavilə yük daşıma da daxil olmaqla, bir ton üçün 270 ABŞ dolları qiymətində bağlanıb ki, bu da Rusiya Federasiyasının müəyyən etməyə çalışdığı qeyri-rəsmi minimum qiymətdən aşağıdır. Bir neçə gün sonra Misir taxıl taciri Solarisə başqa ölkələrdən taxıl tədarük etmək imkanı veriləcəyini bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay