Qlobal borc tarixi rekord həddinə çatdı
Ümumi qlobal borc 2023-cü ilin birinci yarısında 10 trilyon dollar artaraq 307 trilyon dollara çatıb. Bu, bütün zamanların ən yüksək göstəricisidir.
Valyuta.az xəbər hverir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.
Artımın 80%-i iri inkişaf etmiş ölkələrdə, ilk növbədə ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada baş verir. Aparıcı inkişaf etməkdə olan ölkələr - Çin, Hindistan və Braziliya da borc artımının əhəmiyyətli templərini nümayiş etdiriblər.
Rusiya bütün əsas sektorlarda - hökumət, korporativ, maliyyə və məişət sektorlarında borc artımını qeyd edib.
Tədqiqatçılar qlobal borc dinamikasının 2023-cü ilin ikinci yarısında dəyişə biləcəyinə inanırlar. Bununla belə, inflyasiyanın aşağı düşməsinə baxmayaraq, qlobal borcun ÜDM-ə nisbəti rekord səviyyədə qalır.
Bir gün əvvəl ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay