Yaponiya avqustda Rusiyaya avtomobil ixracını 42% azaldıb
Yaponiyanın Rusiyaya ümumi ixracı 2023-cü ilin avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 57,6% azalıb.
Valyuta.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, bununla yanaşı, Rusiyadan idxal 62,5% azalıb.
Ötən ay Yaponiyanın Rusiyaya ixracı 23,32 milyard yen (157,82 milyon dollar), Rusiyadan idxalı 61,88 milyard yen (418 milyon dollar) təşkil edib. Avqustda Yaponiya Rusiya kömürünün idxalını 79,9%, LNG-ni isə 12,8% azaldıb.
Rusiyadan taxıl idxalı 66,9%, balıq və balıq məhsulları 40,3% azalıb. Əlvan metalların idxalında da 80,7% azalma var.
İxrac baxımından Yaponiyadan Rusiyaya göndərilən polad və dəmirin həcmi 312,5% artıb. Bununla yanaşı, generatorların (78,5%), kompüterlərin (97,7%) və onlar üçün komponentlərin (99,3%) ixracı azalıb. İdxal edilən nəqliyyat vasitələrinin həcmi 42,6%, o cümlədən minik avtomobilləri (-42,5%), yük avtomobilləri və avtobuslar (-46%) azalıb.
İyul ayında məlum olub ki, Yaponiya hakimiyyəti sanksiyalar siyasətinin davam etdirilməsi çərçivəsində Rusiyaya mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərin tədarükünü tamamilə qadağan etmək niyyətindədir. Məhdudiyyətlər yeni və işlənmiş avtomobillərə şamil edilir, lakin Yaponiyadan Rusiyaya yeni avtomobillərin tədarükü 2022-ci ildə tamamilə dayandırılıb.
Bu qadağanın gözlənilən tətbiqi ilə bağlı məlumat ortaya çıxdıqdan az sonra ekspertlər Rusiya Federasiyasında yapon avtomobillərinin gündəlik satışlarının iki dəfə artdığını qeyd etdilər. İyulda Yaponiyadan Rusiya Federasiyasına avtomobil ixracı 53% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay