Sığorta
19.09.2023 / 21:56
“Azərsu” sığorta müqaviləsini pozub? - Nazirin bacanağının şirkəti qurumu məhkəməyə verdi
33034
“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında sığorta müaaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, şirkət bu mübahisədən dolayı dövlət qurumunu məhkəməyə verib.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır.
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
Şirkətin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay