Slovakiya: "Ukrayna taxılının idxalına qoyulan qadağa onun Aİ ərazisindən tranzitinə mane olmayıb"
Slovakiyanın 2023-cü ilin sonuna qədər Ukrayna taxılının dövlət ərazisinə idxalına qoyulan qadağanın uzadılması onun Avropa İttifaqı vasitəsilə üçüncü ölkələrə tranzitinə mane olmayıb.
Valyuta.az xəbər verir ki, bu barədə respublikanın kənd təsərrüfatı naziri Yozef Bireşə istinadən "Slovak Radiosu" məlumat yayıb.
“Ukraynadan Slovakiyaya taxıl idxalına qoyulan qadağa heç bir şəkildə taxılın ehtiyacı olan ölkələrə Avropa İttifaqından kənar çatdırılmasına mane olmadı”, deyə nazir bildirib.
Bir gün əvvəl Ukrayna İqtisadiyyat Nazirliyi bildirib ki, Kiyev Ukrayna taxılının idxalına qoyulan qadağanı ləğv etməkdən imtina edən üç Avropa dövlətinə qarşı Ümumdünya Ticarət Təşkilatına iddialar göndərib. Rəsmilərin Polşa, Slovakiya və Macarıstana qarşı iddia qaldırdığı dəqiqləşdirilib.
Bundan əvvəl Polşa, Macarıstan və Slovakiya taxıl tədarükü ilə bağlı problemlər üzrə Avropa Komissiyasının koordinasiya platformasında iştirakdan imtina edib. Dövlətlər Kiyevin qarşılıqlı fəaliyyət zamanı əldə etdiyi məlumatlardan onlara qarşı istifadə edə biləcəyindən ehtiyat edərək bu addımı atmağa qərar veriblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay