BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
33017

Mühəndislər əlverişsiz hava şəraitində belə elektrik enerjisi istehsalını davam etdirmək məqsədilə günəş panellərini avtomatik olaraq qardan təmizləməyin yolunu tapıblar.

Valyuta.az xəbər verir ki, ABŞ-ın Toledo Universitetinin komandası toplanmış qarın günəş panellərinin səmərəliliyinə təsir etmədən sürüşməsinə imkan verən zolaq örtük hazırlayıb. Günəş panelləri buludlu günlərdə elektrik enerjisi istehsal edə bilər, lakin qar örtüyü günəşdən gələn işığı elektrikə çevirmək qabiliyyətinə tamamilə mane ola bilər. Bu vəziyyət güclü qar yağan bölgələrdə elektrik enerjisi istehsalının ildə 12 faizinin itkisinə səbəb ola bilər. Özünü təmizləyən bu zolaqlar həm yeni, həm də mövcud günəş panellərinə nisbətən asanlıqla tətbiq oluna bilər.

Toledo Universitetinin Mexanika Sənayesi və İstehsalat Mühəndisliyi Departamentinin dosenti Hossein Sojoudi açıqlamasında, "Bu zolaq örtükləri panelin alt kənarına tətbiq olunur və işləmək üçün heç bir enerji tələb etmədən passiv vəziyyətdə qarın təmizlənməsinə imkan verir. Bizim zolaq örtüyümüz heç vaxt günəş işığının udulmasına və ya panelin səmərəliliyinə mane, yaxud hər hansı qismən kölgə və ya isti ləkələrə səbəb olmur. O, həmçinin modulun zəmanətini ləğv etmir, əslində ömrünü uzadır. Bizim həllimiz, güclü qar yağan ştatlarda hər il 150 milyon dollar əlavə gəlir əldə edə biləcək, oyunu dəyişdirən texnologiyadır. Strateji tərəfdaşlarımızın köməyi ilə biz il boyu günəş enerjisi ilə bağlı verdiyimiz sözə əməl edirik" - sözlərini deyib.

ABŞ və Yaponiyada aparılan sınaqlardan sonra bu zolaqla təchiz edilmiş günəş panellərinin illik enerji istehsalında beş faizdən çox yaxşılaşma təmin edildiyi müəyyənləşib. ABŞ-nin Enerji İnformasiya Administrasiyasının rəqəmlərinə görə, keçən il ölkədə elektrik enerjisi istehsalının təxminən 3,4 faizi günəş panellərinin payına düşüb. 2023-cü ildə ABŞ-də yeni elektrik enerjisi istehsal gücünün yarısından çoxunun günəş enerjisi hesabına təmin ediləcəyi təxmin olunur. 

Sənaye tərəfdaşları ilə işləyən Dr. Sojudi, 2023-cü ilin sonuna qədər ABŞ-də minlərlə zolaq örtüklərinin quraşdırılacağını gözlədiyini 2024-cü ilin sonuna qədər isə bir milyon örtük istehsal ediləcəyini gözlədiyini bildirib. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin