Moldovadan MDB-yə ixrac artır, Aİ-yə isə azalır
2023-cü ilin ilk 7 ayında Moldovadan mal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% azalaraq 2,3 milyard dollardan çox olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Moldova Milli Statistika Bürosu məlumat yayıb.
Eyni zamanda, yanvar-iyul aylarında Avropa İttifaqı ölkələrinə tədarük 8% azalaraq 1,4 milyard dollar təşkil edib. Moldovanın ümumi ixracının 62,3%-i Aİ-nin payına düşür.
“2023-cü ilin yanvar-iyul aylarında MDB ölkələrinə 585,3 milyon ABŞ dolları dəyərində (2022-ci ilin eyni dövrü ilə müqayisədə 68,1 milyon ABŞ dolları və ya 13,2 faiz çox) məhsul ixrac edilib ki, bu da ümumi ixracın 24,9 faizini təşkil edir”, deyə büronun məlumatında qeyd edilir.
Bu, ümumi həcmin təxminən 25%-ni təşkil edir. Bu artım əsasən 20,3% artaraq Ukraynaya ixracın hesabına baş verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay