Bu il dünyada nə qədər avtomobil satılıb?
2023-cü ilin avqust ayında qlobal avtomobil bazarında yeni avtomobillərin satışı 9,6% artıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Avtostat” "LMC Automotive" konsaltinq şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Yayın son ayında ümumilikdə 7 milyon 302 min avtomobil satılıb. Avqustda Çin 2 milyon 520 min avtomobillə (2022-ci illə müqayisədə +5,2%) satışlarda birinci yeri tutub. İkinci yerdə 1 milyon 330 min avtomobil satılan ABŞ qərarlaşıb ki, bu da bir il əvvəllə müqayisədə 17,1% çoxdur.
Qərbi Avropa ölkələrində avqustda 889,6 min avtomobil satılıb (+18,7%). Şərqi Avropada avtomobil satışı 31,9% artaraq 290,4 min ədəd təşkil edib. Cənubi Amerikada avqustda 233,5 min avtomobil satılıb ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,3% çoxdur.
Dünyanın ən böyük avtomobil bazarları arasında həmçinin Yaponiya (337,4 min ədəd, + 17,2%), Kanada (148,6 min ədəd, + 10,8%) və Cənubi Koreya (128,3 min ədəd, - 0,7%) var.
Ümumilikdə, 2023-cü ilin yanvar-avqust aylarında qlobal avtomobil bazarında 57 milyon 495 min avtomobil satılıb (2022-ci illə müqayisədə +10,3%).
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay