Şolts Almaniyanın iqtisadi problemlərinin əsas səbəbini açıqladı
Kansler Olaf Şolts bildirib ki, Avropa İttifaqının ən böyük iqtisadiyyatında - Almaniyada problemlər ilk növbədə qlobal tələbatın zəifləməsi və ixracın azalması ilə bağlıdır.
Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bundan əlavə, yüksək inflyasiya və artan enerji qiymətləri Almaniya iqtisadiyyatına təzyiq göstərir. Hazırda ölkədə qaz və elektrik enerjisinin qiyməti Rusiyanın Ukraynada müharibə başlatdığı ötən ilin fevral ayının sonundakı qiymətdən iki-üç dəfə bahadır.
Şolts həmçinin qeyd edib ki, pandemiya zamanı baş verən tədarük zəncirindəki fasilələr çətinliklərə əlavə olunur.
Qeyd edək ki, Köln İqtisadi Tədqiqatlar İnstitutunun (IW) alman iqtisadçılarının proqnozuna əsasən, bu ilin sonuna Almaniya idxalının 2%, ixracının isə 1% azalacağı gözlənilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay