Polşa hakimiyyəti iki ay ərzində Ukrayna taxılına embarqo qoymayacaq
Varşava Ukraynadan taxıl tədarükü məsələlərində sistemli qərarlar gözləyir.
Valyuta.az xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus RMF24 radiosuna müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Ukraynanın taxıl tədarükünə qoyulmuş qadağanın bir neçə ay uzadılması Varşavanı qane etməyəcək.
“Biz bunu gələcək üçün həll etməliyik. Bizə Ukrayna ilə Aİ arasında gələcək əməkdaşlıq üçün alətlər lazımdır”, - Telus izah edib.
O əlavə edib ki, hələlik embarqonun uzadılması ilə bağlı qərarın olmamasına baxmayaraq, Polşa hakimiyyəti nikbindir və hətta Aİ Ukrayna taxılının idxalına qoyulan qadağanı uzatmasa belə, Polşa bunu təkbaşına edəcək.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan etmişdi ki, onun ölkəsi Avropa Komissiyasından Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracağını gözləyir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay