"Reuters": Rusiya və Türkiyə qaz mərkəzinə nəzarət uğrunda mübarizə aparır
Rusiya yanacağının Avropaya tədarükü üçün Türkiyədə qaz qovşağının yaradılması dayandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .
Mətbuatın yazdığına görə, buna səbəb qovşağı kimin idarə etməli olduğuna dair Rusiya ilə Türkiyə arasında fikir ayrılıqlarıdır.
Hələlik tərəflərdən rəsmi şərh yoxdur.
Xatırladaq ki, qaz qovşağının yaradılması ideyası 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Qeyd olunub ki, “Qazprom” Türkiyənin “Botaş” şirkətinə qarşıdan gələn tikinti üçün “yol xəritəsi” təqdim etməlidir. Plana görə, birgə qaz qovşağı Rusiyaya qaz ixracını yönləndirməyə imkan verəcək. “Kommersant” yazır ki , bununla yanaşı, Avropa ölkələri artıq narahatlığını ifadə edərək, Türkiyənin türk mərkəzinin köməyi ilə Rusiyanın ixracı maskalamaq və Aİ sanksiyalarından yan keçə biləcəyini deyiblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay