Çin Aİ-ni Avropa avtomobil bazarına girişi əngəlləməklə bağlı xəbərdarlıq edib
Çin səlahiyyətliləri Avropa Komissiyasına (AK) Çinin elektrik avtomobilləri ilə bağlı araşdırmanın tərəflər arasında münasibətlərə xələl gətirə biləcəyi barədə xəbərdarlıq edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Çərşənbə günü Avropa Komissiyası Çindən gələn elektromobillərin qiymətlərinin aşağı salınması ilə bağlı araşdırmaya başlayıb. AK rəhbəri Ursula fon der Leyen bildirib ki, hazırda qlobal bazarlar ucuz Çin elektromobilləri ilə doludur. Eyni zamanda, dövlət subsidiyaları sayəsində onların qiymətləri süni şəkildə aşağı səviyyədə müəyyən edilir. Bu, Avropa bazarı da daxil olmaqla bazarlarda təhrif yaradır və qəbuledilməzdir.
2023-cü ilin iyun ayında məlum olub ki, Avropada elektriklə işləyən avtomobillərin bazar payı 15,1%-ə yüksəlib və bu rəqəm ilk dəfə dizel avtomobillərinin payını üstələyib.
Ən böyük bazarlarda elektrik avtomobillərinin satışında güclü artım qeydə alınıb. Belə ki, Niderlandda satışlar 90,1%, Almaniyada 64,4%, Fransada isə 52% artıb”. Ümumilikdə, yanvar-iyun aylarında Avropada 703 mindən çox elektromobil satılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay